Alimlər süni qan qrupu yaratdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yapon alimləri bütün qan qruplarına uyğun süni qan hazırlayıblar.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyada alimlər bütün qan qruplarında istifadə oluna bilən yeni növ süni qan istehsal edib. Bu yenilik tibb sahəsində ciddi maraq doğurub və gələcəkdə bir çox insan həyatını xilas edə biləcək mühüm bir addım kimi qiymətləndirilir.
Yeni hazırlanan süni qan laboratoriya şəraitində hazırlanmış qırmızı qan hüceyrələri və trombositlərin mikroskopik sintetik qabarcıqlara yerləşdirilməsi ilə əldə olunur. Bu quruluş real qanın oksigen daşıma və laxtalanma kimi əsas funksiyalarını yerinə yetirə bilir. Ənənəvi qan məhsulları soyuq mühitdə saxlanmalı və qısa müddət ərzində istifadə olunmalıdır. Lakin bu süni qan otaq temperaturunda bir ildən çox saxlanıla bilir ki, bu da onu xüsusilə xəstəxanalar, təcili yardım maşınları və səyyar klinikalar üçün əvəzolunmaz edir.
Yeni süni qan təcili yardım tələb edən qəzalarda, təbii fəlakətlərdə və müharibə şəraitində qan qrupu uyğunluğunu gözləmədən istifadə olunmasına imkan yaradır. Mütəxəssislər bu texnologiyanın qan köçürmə prosesində ciddi dəyişikliklərə səbəb ola biləcəyini bildirirlər.
Qan qrupu uyğunluğunun aradan qalxması, xüsusilə ucqar və tibbi infrastruktur baxımından zəif olan bölgələrdə qan təminatı və köçürülməsini asanlaşdıracaq. Bundan başqa, səhv qan qrupu verilməsi nəticəsində yaranan ağır fəsadların da qarşısı alınacaq.
Hazırda bu süni qan klinik sınaq mərhələsindədir. Əgər sınaqlar uğurla nəticələnsə, gələcəkdə bu məhsul xəstəxanaların təcili yardım şöbələrində, hərbi bölmələrdə, hətta kosmos missiyalarında standart tibbi vasitə kimi istifadə edilə bilər.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi





