Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər il gənclərin xəstəliklərə yoluxma sayı daha da artır.
14-29 yaşlı gənclər arasında yayılan xəstəliklərə nəzər saldıqda, onların ən çox tənəffüs orqanları ilə bağlı xəstəliklərdən əziyyət çəkdikləri ortaya çıxır.
Milli.Az-ın məlumatına əsasən, təkcə 2023-cü ildə 705,481 gəncin 259,103-ü tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkdiyi ortaya çıxıb.
Tənəffüs orqanlarının xəstəlikləri 18 ildir ki, ən pik həddə irəliləməyə davam edir.
Bəs tənəffüs orqanlarının xəstəliklərindən qorunmaq üçün nə etməli?
Mütəxəssislərin fikrincə, tənəffüs yolu infeksiyalarından qorunmaq üçün əlləri mütəmadi sabunla yumaq çox vacibdir. Məlumatlara görə, sabunla əl yumaq respirator xəstəliklərin təxminən 20%-nin qarşısını ala bilir.
Eyni zamanda otaqları tez-tez havalandırmaq, pəncərələri açmaq otaqdakı virus hissəciklərinin miqdarını azaldır.
Gündəlik idman və hərəkətlilik ürək-damar və ağciyərlərimizi gücləndirir. Məsələn, gəzinti, qaçış, velosiped və digər məşqlər ürək və ağciyərlərin işini yaxşılaşdıraraq nəfəsalma funksiyasını gücləndirir.
Gənc nəslin tənəffüs orqanı xəstəliklərinə yoluxmasının digər səbəbi də, tütün istifadəsidir:
Tütün istifadəsi tənəffüs xəstəlikləri üçün əsas risk faktorudur, passiv siqaret dumanı da ziyanlıdır.
Yoluxucu xəstəliklərdən qorunmaq üçün peyvəndlərə də müraciət edilməlidir:
Ən effektiv qorunma üsullarından biri peyvəndlənmədir. Məsələn, mövsümi qripə qarşı hər il peyvənd olunmaq tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, qrip peyvəndləri qrip xəstəliyinə yoluxmanın qarşısını alan ən effektiv vasitədir. Hər yaşdan insanlar (6 ay və yuxarı) qrip mövsümündə peyvənd olunmalıdırlar.
Yetərli və balanslı qidalanmada immunitet sistemini gücləndirir.
Meyvə-tərəvəz və düyü, çovdar çörəyi, yulaf kimi məhsullar immumteti gücləndirir.
Meyvə-tərəvəzdəki C vitamini, zülal mənbələrindəki amin turşuları və pəhriz lifləri bədəni infeksiyalara qarşı möhkəmləndirir. Bol su içmək də vacibdir. Qidalanmada banan, kartof kimi qidalar qəbul etmək orqanizmin ümumi müqavimətini artırır.
Hər gün kifayət qədər yuxu və stressdən azad həyat tərzi də immunitetə müsbət təsir edir. /lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Su hövzələrində qanunsuz balıq tutanlar yaxalandı - Sentyabradək qadağandır
-
Azərbaycanın bir sıra bölgələrində yağışlı hava davam edir
-
Kristian Bujeau vəfat etdi - FOTO
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bu gün müəyyənləşəcək
-
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir
-
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
-
Nizami rayonunda sexdə yanğın oldu - VİDEO
-
Akopyan ABŞ-də Ermənistanı birinci xanım qismində təmsil edəcək
-
SpaceX-in 2 trilyon dollarlıq dəyəri: Kosmos nəhəngi real biznesdir, yoxsa köpük?
-
Türkiyədə azərbaycanlı qadın saxlanıldı: Qayınatasını döyərək öldürməkdə şübhəli bilinir
-
İcbari avtosığorta ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
-
Azərbaycanda "Piyadalar, diqqətli olun!" həftəliyi başladı
-
Yasamal və Nəsimi rayonlarında qaz kəsiləcək
-
Neftin qiyməti ucuzlaşdı
-
Paytaxtın 9 küçəsində tıxac var
-
93 yaşlı Coan Kollinsin cavanlıq sirri - FOTO
-
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
-
Bənövşəyi velvet tortunun hazırlanması
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?





