Sağlamlıq

Asqıranda bədəni "tok" keçirirdi - Xəstəliyi BİLİNDİ

16 Mart 2025 05:05
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da asqıranda bədənində elektrik yaranmasından şikayətlənən çoxuşaqlı Stiv Lutzenhayzerin ağır xəstəliyə tutulduğu aşkarlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, xərçəng diaqnozu qoyulan məktəb müəlliminin hekayəsini "Today" nəşri dərc edib.

2024-cü ilin payızında Lutzenhayzer həkimlərə bıçaq zərbəsi kimi hiss edilən dözülməz bel ağrısından, bədənində uyuşmadan və asqırarkən yaranan elektrik hisslərindən şikayətlənib. MRT müayinəsinin nəticələrinə görə, onun ependimoma - boyun əsasına yaxın onurğa beynində yerləşən aqressiv xoşxassəli şiş aşkar edilib.

Diaqnozdan sonra Lutzenhayzer öyrənib ki, şişi böyüməyə davam edərsə, koordinasiya və sidiyə nəzarəti itirə bilər. Kişi əməliyyata razılıq verib.

Həkimlər şişi çıxara biliblər. Lutzenhayzerə yenidən yeriməyi öyrənmək üçün təxminən bir ay lazım olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.