Sağlamlıq

Bu su markası xərçəng yaradırmış - FOTO

9 Fevral 2025 08:35
Baxış: 5 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur su markası olan "Fiji" şirkətinin qablaşdırılmış sularında insan sağlamlığı üçün təhlükə yarada bilən mikroplastiklər və "bisfenol-A" maddəsi (BPA) olduğu iddia edilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində məsələ ilə bağlı məhkəmədə iddia qaldırılıb.

İddia ərizəsində qeyd edilib ki, bu maddələr ürək-damar xəstəliklərinə, xərçəngə, autizmə və hətta ölüm kimi ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən şirkətin reklamlarının dayandırılması tələb olunub.

"Fiji" şirkəti iddiaları qəti surətdə rədd edib:

"İttihamlar əsassızdır və gülünc doğurur. Markanın etibarını qorumaq üçün qanuni tədbirlər görəcəyik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.