Sağlamlıq

Hansı içki dişləri daha çox ləkələyir - Kola, kofe, çay yoxsa qırmızı şərab?

14 Yanvar 2025 12:27
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diş sağlamlığı gündəlik içki vərdişlərimizdən birbaşa təsirlənə bilər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, çox sevərək içdiyimiz bəzi içkilər dişlərimizdə ləkələrə və zamanla daimi rəng dəyişikliklərinə səbəb ola bilər.

Bəs ən çox istifadə etdiyimiz içkilərdən hansı daha çox ləkələyir dişlərimizi?

Diş həkimi Dr. Madison bu barədə önəmli məlumatlar verərək sosial şəbəkədə video paylaşıb. Diş həkimi sosial mediadakı "the Gumfather" ləqəbi ilə tanınır.
O videoda 10 gün ərzində qəhvə, çay, "Coca-Cola" və ya qırmızı şərab içərisində isladılmış dörd nümayiş etdirib bildirib ki, qırmızı şərab dişə daha pis təsir edir.

"Qırmızı şərab dişi tamamilə ləkələyib. Emalı, kökü, hər şeyini boyayıb," - deyə o vurğulayıb.

"Bir fincan "Coca-Cola" da dişdə ciddi təsir yaradıb. Dişin yalnız qaranlıq bir rəng almadığını, həm də strukturunun zədələnərək kiçik dəliklər meydana gəldiyini göstərib. Dr. Madison bunun səbəbini "Coca-Cola"nın turşulu xüsusiyyətlərinə aid edib.

"Çay səhər içkiləri arasında kofeni geridə qoyub və ən az ləkə yaradan içki olub. Kofe isə başladığımız vaxtdan xeyli tündləşib və xüsusilə kök səthi, emaldan daha az minerala sahib olduğu üçün çox ləkələndi," - deyə o əlavə edib.

Sosial media istifadəçiləri də nəticələrə şok olduqlarını bildiriblər.

Bu təcrübə real həyatda tətbiq olunan vəziyyəti əks etdirmir, çünki insanlar adətən dişlərini 10 saat boyunca bir mayedə saxlamırlar. 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.