Sağlamlıq

Qida qəbulunun vaxtı ilə arıqlamaq arasında əlaqə açıqlandı

6 Yanvar 2025 03:03
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xronopitaniya sahəsində (orqanizmimizin bioloji ritmlərini nəzərə alan qidalanma yanaşmasıdır - red.) son araşdırmalar göstərib ki, qida qəbulunun vaxtı sağlamlıq nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, bu barədə "Journal of the Academy of Nutrition and Dietetics" jurnalında dərc olunan məqalədə bildirilib.

Alimlər müəyyən ediblər ki, təkcə qidanın keyfiyyəti və miqdarı deyil, həm də onun qəbul edilmə vaxtı metabolizmdə, həmçinin orqanizmin rifahında əsas rol oynayır.

Araşdırmalar göstərir ki, müəyyən saatlarda müntəzəm qida qəbulu qida maddələrinin daha səmərəli mənimsənilməsinə və çəkiyə nəzarət etməyə kömək edir.

Bundan əlavə, düzgün olmayan qidalanma rejimi diabet və ürək-damar xəstəlikləri də daxil olmaqla müxtəlif xəstəliklərin inkişafı riski ilə əlaqəli ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.