Öskürəyin səbəbi nədir? Öskürəyi nə kəsir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ən çox narahatlıq doğuran hallardan biri də öskürəkdir. Havalar soyuduqca əhali arasında öskürəklər artır. Öskürək əsasən qış aylarında, eləcə də qışdan yaza keçid dövründə virus infeksiyaları, soyuqdəymə zamanı yaranır və bəzən uzun zaman davam edir.
Öskürək tənəffüs yollarının təbii müdafiə reaksiyasıdır. Əsas funksiyası tənəffüs yollarına düşmüş yad cismləri, zərərli toz və qaz hissəciklərini, bronx sekretlərini tənəffüs yollarından uzaqlaşdırılmasıdır. Əksər hallarda heç bir müalicəsiz özü-özünə keçə bilər. Ciddi olmayan səbəblərdən ola biləcəyi kimi ağır xəstəliklərində xəbərçisi ola bilər. Davam etmə müddətinə görə 3 həftəyə qədər kəskin, 3-8 həftəyə qədər yarım kəskin, 8 həftədən artıq olduqda isə xroniki sayılır. 3 həftəyə qədər davam edən öskürəklərə ən çox tənəffüs yollarının virus və bakteriyal infeksiyaları səbəb olur. Xəstələri daha çox narahat edən 3 həftədən artıq davam edən yorucu öskürəklərdir.
Qrip xəstəliyindən sonra davam edən öskürəyin səbəbi nədir?
El arasında qrip və ya soyuqdəymə kimi adlandırılan yuxarı tənəffüs yollarının virus və ya bakteriyal infeksiyalar səbəbi ilə meydana gələn xəstəlikləri zamanla aşağı tənəffüs yollarında da iltihablanmaya səbəb olur və kəskin bronxit xəstəliyi meydana çıxır. Bu halda uzun sürən öskürəkli bəlğəm xəstəni narahat edir.
Hər il daha çox diaqnoz qoyulan allergiya xəstəliyi öskürəyə səbəb olurmu?
Bəzi insanların uzun müddət davam edən öskürəyinin səbəbi hər hansı bir maddəyə qarşı allergiyasının olmasıdır. Bu həssaslıq özünü burun axıntısı,dəri və gözlərdə qızarma və qaşıntı, davamlı asqıraqla göstərə biləcəyi kimi öskürəklə də biruzə verə bilər.
Siqaretə bağlı meydana gələn öskürəyin xarakteri necədir?
Günümüzün ən böyük bəlalarından biri olan siqaret asılılığı bu xəstəliyin əsas səbəbidir. Xəstəlik özünü bronx divarlarında qalıcı daralma, çoxlu sarı qatı bəlğəm ifrazı, xüsusən səhərlər artan bol bəlğəmli öskürək və təngnəfəsliklə biruzə verir.
Öskürəyə qarşı effektiv dərman seçmək üçün simptomun səbəbini aşkar etmək lazımdır.
Hazırda bir neçə qrup öskürək əleyhinə preparatlar mövcuddur:
• Mukolitiklər - bəlğəmi durulaşdıran dərman preparatları. Bu effekt bəlğəmin tərkibindəki mukopolisaxaridlərin parçalanması hesabına alınır. Bu təsirdən sonra seliyin özlüyü azalır və selik tənəffüs yollarından tez xaric olunur.
• Bəlğəmgətirici preparatlar - bəlğəmin həcmini artırır, onu durulaşdırır, müxtəlif stimulyasiya maddələri hesabına ağciyərlərin selikli qişasını möhtəviyyatı daha aktiv xaric etməyə vadar edir, bəlğəmin boşalmasını asanlaşdıraraq öskürəyi aradan qaldırır.
• Bronxolitik preparatlar - bronxların spazmını aradan qaldıran maddələrdir və yalnız həkim məsləhəti ilə qəbul olunur.
Yaş öskürək zamanı qatı bəlğəmi durulaşdıran, orqanizmdən xaric edən bəlğəm təmizləyən vasitələrdən istifadə olunur.
Fibron bəlğəmgətirici, öskürək əleyhinə preparatdır. Bronxial vəzi hüceyrələri tərəfindən selik ifrazını artırır, qatı bəlğəmin bronx divarına yapışmasının qarşısını alır. Fibron bəlğəmin tərkibindəki zülalları parçalayır, bəlğəmi yumşaldır və xaric olmasını asanlaşdırır. Fibron tənəffüs yolu hüceyrələrinə qoruyucu təsir etdiyi üçün siqaret çəkən insanlarda ağciyərləri siqaretin zərərli təsirindən qoruyur. Ağciyər xərcənginin əmələgəlmə riskini azaldır. Fibronun tərkibində şəkər əvəzi sorbitol olduğu üçün şəkərli diabet xəstələri rahatlıqla istifadə edə bilərlər.
Quru (tutmaşəkilli) öskürək zamanı bəlğəmgətirici preparatlarla yanaşı, antiallergik dərmanların da qəbulu tövsiyyə olunur. Belə ki, antiallergik dərmanlar - qrip virusları, bakteriyalar, hava tozcuqları tərəfindən boğazda yaranan qıcıqlanmaları aradan qaldırır.
Qəbul qaydası və dozalanması: Birinci 2-3 gün ərzində 5 ml gündə 3 dəfə, qalan 7-8 gün ərzində 5 ml olmaqla 2 dəfə daxilə qəbul etmək lazımdır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda motosiklet sürücüsü yolda təhlükə saçdı: "TikTok" üçün videoya görə... - (Video)
-
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
-
“Çukur”un aktyoru vəfat etdi
-
Yeni binadan ev və ya obyekt alanların diqqətinə - Ali Məhkəmədən yeni qərar
-
Texnologiyalar axtarış əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevriləcək - Qəzənfər Əhmədov
-
Bakıda itkin düşmüş şəxslər məsələsinin həllinə dair beynəlxalq konfrans keçirilir
-
Ağdamda pilləkəndən yıxılan kişi öldü
-
Natavan Həbibi rəqqasələrinə görə tənqid atəşinə tutuldu - (Video)
-
Hüseyn Cavid və Ayna Sultanova küçələrində təmir işləri başlayır
-
Rəqsanənin qızı adını dəyişdirdi - (Foto)
-
Göyçayda iki avtomobil toqquşub, biri kanala düşüb
-
ABB-dən şikayət: "Vəfat edən anamızın kreditinə görə veteran və əlillik pullarımızı tutublar"
-
16 yaşadək şəxslərin sosial şəbəkələrə qeydiyyatı qadağan olunur
-
"Röya ilə 30 ildir dostuq,1 dəfə aramız dəyməyib"
-
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
-
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
-
Kadir İnanırın vəsiyyəti açıqlandı
-
Sosial şəbəkələrlə bağlı yeni cərimələr təsdiqləndi
-
Həkim məsləhəti olmadan verilən vitamin uşağı xəstəxanalıq etdi - (Video/Foto)
-
Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - (Foto)
-
Bazarlarda meyvə və tərəvəz ucuzlaşdı: Yeşiyi 1 manat
-
Brilliant Dadaşova ilk dəfə yeni işini açıqladı
-
Bu yay tətil üçün hara getmək olar?
-
Azərbaycanda kurikulum sistemi ləğv olunur? - Nazir açıqladı





