Dünyada təxminən 300 milyondan çox ürək xəstəsi var, 2 milyarddan çox insan isə ürək xəstəliyi riski daşıyır. Ürək-damar xəstəlikləri hər il 18,6 milyondan çox insanın ölümünə səbəb olur.
Milli.Az xəbər verir ki, üək-damar xəstəliklərinə bağlı ölümlərin üçdə biri 70 yaşdan aşağı insanlarda baş verir. Bu ölümlərin 85%-i infarkt və insult nəticəsində yaranır.
Türkiyədə də ürək-damar xəstəlikləri ən vacib sağlamlıq problemlərindən biridir. Səhiyyə Nazirliyinin məlumatlarına görə, 2021-ci ildə ölümlərin 33,4%-i qan-damar sistemi xəstəliklərindən qaynaqlanıb. Bu, təxminən hər üç dəqiqədə bir insanın ölümü deməkdir. Hər il təxminən 300 min insan infarkt keçirir, xərçəngdən ölüm halları isə bu rəqəmin yarısını təşkil edir. Ürək-damar xəstəliklərinə bağlı ölümlərin 80%-i tütün istifadəsi, qeyri-sağlam qidalanma və fiziki hərəkətsizlik kimi nəzarət edilə bilən və qarşısı alına bilən risk faktorları ilə əlaqəlidir.
Yeni araşdırma nə göstərir?
Prof. Dr. Güner Sönmez sosial media üzərindən yeni bir araşdırmanın nəticələrini paylaşıb. Araşdırmaya görə, gündə 2 dəqiqədən az müddətdə intensiv fiziki aktivlik etmək belə infarkt riskini azalda bilər. Prof. Dr. Sönmez, intensiv fiziki aktivliyə nümunə olaraq pilləkən qalxmaq, avtobusa çatmaq üçün qaçmaq və ya nəfəsinizi kəsən digər fəaliyyətləri göstərib.
Gündə 1,2-1,6 dəqiqə intensiv fiziki aktivlik infarkt riskini 3 dəfə, ürək çatışmazlığı riskini isə əhəmiyyətli dərəcədə azalda bilər.
Gündə orta hesabla 3,4 dəqiqə intensiv fiziki aktivlik (VILPA) infarkt keçirmə ehtimalını azaldıb, ürək çatışmazlığı riskini də əhəmiyyətli dərəcədə azaldıb.
VILPA nədir?
Araşdırmada qeyd edilən intensiv aralıq fiziki aktivlik (VILPA) pilləkən qalxmaq, avtobusa çatmaq üçün qaçmaq və ya rəqs etmək kimi yüksək enerjili və nəfəsinizi kəsən fəaliyyətləri əhatə edir.
Lalə Qüdrətova
Milli.Az