Keçmiş model və pilates təlimçisi Ebru Şallı əri tərəfindən zorakılığa məruz qaldığını açıqlayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, instaqram hesabında yazılı açıqlama verən Şallı uzun müddətdir ki, təhdid, təhqir və zorakılığa məruz qaldığını açıqlayıb.
Keçmiş modelin açıqlaması belədir:
"Boşanma prosesində olduğum Uğur A.-nın ailəmə və yaxınlarıma, o cümlədən mətbuatdakı həmkarlarıma, dostlarıma, qurumlara hədə və təhqir dolu mesajlar göndərdiyini təəssüf hissi ilə öyrəndim.Təəssüf ki, uzun müddət zorakılığa, təhdidlərə, təhqirlərə məruz qalmışam. Mən onu beş aydır görmürəm. İndiyə qədər yaşadıqlarımı evlilik institutuna hörmətlə heç kimə əks etdirməyərək, səssizcə aşmağa çalışmışam" .
Model yanında olan sevənlərinə təşəkkür edib:
"Normalda şəxsi işlərimlə ictimaiyyəti maraqlandırmaq istəmirəm və belə mövzularda danışmağa üstünlük vermirəm. Ancaq bu məqamda bu açıqlamanı vermək məcburiyyətində qaldığım üçün çox təəssüflənirəm. Bu prosesdə yanımda olan hər kəsə təşəkkür edirəm".
Fidan
Milli.Az