Ev, paltar, maşın, hətta qızıl kirayəsi...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, artıq həm sosial şəbəkələrdə, həm də mağazalarda qızıl məmulatlarının kirayə verilməsi ilə bağlı elanlar yer alır.
Qızıl-zinət əşyalarının kirayəsi ilə məşğul olan Hüseyn Oktay bildirir ki, bu iş xeyli risklidir. Bu səbəbdən də kirayə verilən məmulatlar sənəd əsasında təqdim olunur.
Qızılların kirayə qiymətləri isə modellərin görünüşünə və satış qiymətinə görə dəyişir.
Kirayələr 1 günlük verilir və daha çox toy edən, qızıl almaq imkanı olmayanlar müraciət edirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az