Sağlamlıq

İsti otaqda yatmaq sağlamlığa zərər verir – Xəbərdarlıq

12 Dekabr 2024 20:43
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkimlər isti otaqlarda yatmağın sağlamlıq üçün təhlükəli ola biləcəyini xəbərdar edir.

Milli.Az xəbər verir ki, yüksək temperaturda yatmaq bədən istiliyini normadan daha çox artıraraq, yuxu keyfiyyətini poza bilər və müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.

Tədqiqatlar göstərir ki, çox isti otaqlarda yuxu zamanı bədən tənəffüs və qan dövranı sistemləri üzərində əlavə yük yaradır. Bunun nəticəsində gecə tərləmə, narahat yuxu və hətta kardiovaskulyar problemlər meydana çıxa bilər. Uzun müddət isti mühitdə yatmaq həmçinin böyrək və həzm sistemi problemlərinə səbəb ola bilər.

Həkimlər yuxu otağının temperaturunun 18-22 dərəcə arasında olması tövsiyə edirlər. İsti otaqlarda yatmaqdan qaçınmaq və uyğun hava şəraitində yuxu mühiti yaratmaq sağlamlıq üçün faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.