Maraqlı

Bakıda qızına elçi gələn ata oğlandan görün NƏ İSTƏYİB... - VİDEO

18 Yanvar 2026 13:09
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda baş verən maraqlı elçilik hadisəsi sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

Milli.Az xəbər verir ki, qızına elçi gələn ailəni qəbul edən ata, kürəkən namizəddən istədiyi tələblərlə diqqət çəkib.

Sosial mediada yayılan videoda ata qızına həyat yoldaşı olmaq istəyən gəncdən bir sıra rəsmi sənədlər tələb edir. Onun istəkləri arasında sağlamlıq haqqında arayış, veneroloji xəstəliklərin olub-olmaması ilə bağlı sənəd, narkotik testinin nəticələri, eləcə də hər hansı həbs tarixçəsinin olub-olmamasına dair məlumatlar yer alır.

Görüntülər qısa zamanda geniş yayılaraq maraq və müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi atanın bu addımını məsuliyyətli və düşünülmüş yanaşma kimi dəyərləndirərkən, digərləri isə bunu həddindən artıq tələb hesab edib.

Qeyd edək ki, sözügedən video hazırda sosial şəbəkələrdə ən çox danışılan mövzulardan biri olaraq qalmaqdadır.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.