Sağlamlıq

Həkimlər bu içkilərlə bağlı mifi dağıtdı: Qaraciyərə ikiqat ZƏRBƏ VURUR

8 Dekabr 2024 08:32
Baxış: 3 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Narkoloqlar və psixiatrlar "alkoqollu kokteyllər güclü içkilərlə müqayisədə zərərsizdir" fikirləri ilə razılaşmır. Ekspertlər xəbərdarlıq edir ki, bu stereotip tamamilə yanlışdır.

Milli.Az xəbər verir ki, bir çox insanlar artıq Yeni il bayramları ərəfəsində hansı spirtli içkiləri alacaqlarını düşünürlər ki, onların əhval-ruhiyyəsi yüksəlsin və sağlamlıqlarına çox zərər verməsin. Mağazalarda çoxlu sayda alkoqollu kokteyllərə üstünlük verirlər.

Amma həkimlər xəbərdarlıq edir ki, bu cür içkilər sağlamlıq üçün təhlükəlidir və bundan xüsusilə qaraciyər əziyyət çəkir. İş ondadır ki, kokteyllərin tərkibindəki karbon qazı mədənin divarlarını qıcıqlandırır və spirtin qana sorulmasını sürətləndirir. Bu, bədəndə etanol tərkibinin kəskin artmasına səbəb olur və qaraciyərin mübarizə apardığı zəhərlənmə riskini artırır.

Bu orqana təzyiq də bu cür içkilərin tərkibindəki şəkərin artması ilə əlaqədardır. Beləliklə, qaraciyərə ikiqat zərbə endirilir. /publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.