Sağlamlıq

Meyvə suyu, çay və qəhvəyə cinsi gücü artıran dərmanlar qatıblar - Nazirlik açıqladı

14 Oktyabr 2024 14:43
Baxış: 1 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyvə suyu, şokolad, konfet də daxil olmaqla 17 fərqli məhsulda cinsi gücü artıran maddələr aşkarlanıb.

Milli.Az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı nazirliyinin yaydığı məlumata əsasən ölkədə satılan şokoladdan meyvə suyuna, baldan konfetə qədər 17 fərqli məhsulda iqtidarsızlıq və cinsi funksiya pozğunluqlarının müalicəsində istifadə olunan 'Sildenafil' və 'Tadalafil' adlı təsir maddələrinin istifadə edildiyi məlum olub.

Oktyabr ayının 2-də yayılan rəsmi məlumatda qeyd olunur ki, siyahıda yer alan 17 fərqli məhsulda cinsi gücü artıran dərmanların tərkibində olan maddələrinin istifadəsi aşkarlanıb. Bu satışına qadağa qoyulmuş 'sildenafil' və 'tadalafil'dir. Cinsi funksiya pozğunluqlarının müalicəsində yalnız həkim nəzarətində və reseptlə əldə oluna bilən bu dərmanlar, istifadədən əvvəl də dərman resepti ilə təmin olunmalıdır.

Ölüm riski var

Baş ağrısı, başgicəllənmə, yuxu pozuntusu, nəfəs darlığının artması, görmədə bulanıqlıq, mədə yanması, üzün həddindən artıq qızarması, burun axıntısı, burun qanaması və işığa qarşı həssaslıq kimi yan təsirlərə səbəb olan 'sildenafil', yüksək dozada qəbul edildikdə insult və hətta ölümə belə səbəb ola bilər.

Hansı məhsullarda istifadə olunub?

Təhlükəli sayılan 'sildenafil' və 'tadalafil' dərman təsir maddəsinin siyahıdakı bitki qarışıqlı şokolad, ginsengli konfet, bitki suyu qatqılı enerji içkiləri, 150 və 250 ml-lik bəzi enerji içkiləri, epimediumlu ginsengli fındıqlı pestilində olduğu bildirilir.

Məcunlara da əlavə edirlər

Türkiyədəki müəssisələrin birində 15 qramlıq balda belə çıxdığı bildirilərkən, efervesan tablet, padşah macunu, mesir macunu, bitki qarışıqlı macun, ballı bitki macunu və epimediumlu bitki macunu kimi məhsullarda da bu təsir maddəsinin tapıldığı qeyd olunub. Aromalı, qəhvə aromalı, vişnə aromalı qazlı-qazsız içkilərin, ginsengli qarışıq vitaminli meyvə aromalı, bitki qarışıqlı qazlı-qazsız içkilərin, həmçinin qara çay, qarışıq bitki çayı, qəhvə, bitki qarışıqlı qəhvə və qarışıq bitki tozlarında da bu dərman təsir maddəsinin aşkar olunduğu bildirilib. Bu məhsulların əksəriyyətinin İstanbul, İzmir, Antalya, Mersin, Bursa, Ankara və Kocaeli kimi böyük şəhərlərdəki müəssisələrdə istehsal olunduğu bildirilib.

Mütəxəssislər xəbərdarlıq edir

Mütəxəssislər istehlakçıları bu məhsulları qəbul etdikdə baş ağrısı kimi simptomlar yaşadıqları təqdirdə, bu məhsulların qadağan olunmuş dərman təsir maddələrini ehtiva edə biləcəyi barədə xəbərdar edərək bu cür məhsullardan uzaq durmağı tövsiyə edirlər.

Qeyd edək ki, yuxarıda adları çəkilən məhsullar Bakıda da satılır.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.