Sağlamlıq

COVID-19 Aydakı temperatura da təsir edibmiş: Alimlərdən heyrətamiz açıqlama

4 Oktyabr 2024 21:22
Baxış: 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 pandemiyası təkcə Yerdəki insanların həyatını kökündən dəyişmədi, həm də planetimizin təbii peyki - Aya təsir edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gözlənilməz kəşfin müəllifləri Əhmədabaddakı Fiziki Tədqiqatlar Laboratoriyasından olan alimlərdir.

Tədqiqatçılar bu heyrətamiz hadisənin səbəbinin karantin dövründə insan fəaliyyətinin kəskin azalması nəticəsində Yerin şüalandırdığı radiasiyada azalma ola biləcəyini güman edirlər. Onlar həmin dövrdə dünyada əksər sənaye müəssisələrinin işi dayandırıldığını, nəqliyyatdan istifadə son dərəcə məhdudlaşdığını, kütləvi tədbirlərin isə ləğv olunduğunu xatırladaraq, bunun planetimizin şüalanma səviyyəsinə təsir etdiyini vurğulayıblar.

"Ay, ehtimal ki, COVID-19 səbəbindən bu dövrdə gecə vaxtı Ay səthinin temperaturunun anomal azalması kimi vizuallaşdırılan karantin effektini yaşadı", - deyə tədqiqatın müəllifləri qeyd edirlər.

Alimlər iki səma cisminin qarşılıqlı əlaqə mexanizmlərini daha yaxşı başa düşmək üçün bu fenomeni öyrənməyə davam edəcəklərini qeyd ediblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.