Sağlamlıq

Hirslənəndə niyə "zəhər, zəqqum ye" deyirlər? - "Belə yaranıb"

4 Avqust 2024 06:52
Baxış: 3 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Acıqlı olanda insanların bir-birinə söylədiyi "zəhər zəqqum ye" deyə bir kəlmə var. Bəs bu zəqqum nədir?

Milli.Az lent.az-a istinadən "Belə yaranıb" rubrikasında hirsli adamların "menyusuna daxil edilən" zəqqum barədə məlumat verir.

Dini rəvayətlərə görə, cəhənnəmə düşəcək adamlar zəqqum ağacının meyvələri ilə qidalanacaqlar. Bu ağacın meyvələri şeytan başına bənzəyir və murdar dadır.

Əslində isə zəqqum elmi adı "Nerium oleander" olan bitkiyə xalq içində verilmiş addır.

Zəqqum sözü bir növ zəhər sözünün sinonimidir.

Zəqqum ağacının yarpaqları və çiçəkləri zəhərlidir. Ondan bəzək ağacı kimi istifadə edilsə də, həyətlərdə əkilməsi tövsiyə olunmur. Çünki azyaşlılar və bilməyənlər üçün təhlükəli ola bilər. Elə bu səbəblə də bir inanc meydana çıxıb. Zəqqum ağacı hansı həyətdə əkilərsə, o yerdə bədbəxtlik olacağı deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.