Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Masallıda körpə ölümü qeydə alınıb. Belə ki, 17 yaşlı Səfurə Qubadova doğuş üçün Masallı rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib. Daha sonra ağrıları olan S.Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.
Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır. Bəziləri isə məhz erkən nikahın faciəyə səbəb olduğu qənaətindədir.
Bəs görəsən, erkən nikahın bu məsələdə rolu böyükdürmü?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim mama - ginekoloq Arzu Məhərrəmova erkən nikahların tibbi baxımdan bir sıra fəsadlar törətdiyini bildirib.
Mütəxəssis yeniyetmə hamilədə hansı ağırlaşmaların baş verə biləcəyinə aydınlıq gətirib:
"Təbii ki, körpənin ölümü həm həkim səhlənkarlığı, həm də erkən nikah üzündə ola bilər. Ümumiyyətlə, biz erkən nikaha daxil olan qızlara və 35 yaşından yuxarı qadınlara doğmağı tövsiyə etmirik, çünki erkən nikahda orqanizm hələ fiziki olaraq tam formalaşmamış olur, istər çanaq üzvləri, istərsə də cinsi üzvlər bu yaşlarda hələ tam formalaşmadığı üçün təhlükə böyükdür. Hətta orqanizm tam formalaşmadığı üçün onlarda hamiləlıik dövrü belə normal keçmir. Bu kimi hallarda hamiləliyin erkən toksikozu, ikinci toksikozu ilə nəticələnməsi ehtimalı çox yüksəkdir, erkən doğuş, uşaqsalma təhlükələri də var.
Ona görə də biz erkən nikahı tövsiyə etmirik. Son zamanlar qohum nikahları ilə bağlı da qadağalar tətbiq edildi, bu da bizi çox sevindirdi. Qohum evliliyi zamanı irsi xəstəlikləri daşıyan xromosomların görüşmə riski daha yüksəkdir".
A.Məhərrəmova qeyd edib ki, erkən nikah, bu yaşlarda doğuş və ya abort tam formalaşmamış qadın orqanizmi üçün təhlükəli ola bilər. Hamiləlik dövründə isə yetkinləşməyən qızlar və uşaqları ölüm riski ilə üzləşə bilərlər:
"Həkim səhlənkarlığı isə hər zaman, dünyanın hər yerində olub, amma məhz sözügedən pasiyentdə günah həkim səhlənkarlığı, yoxsa erkən nikahdır məsələsini yəqin ki, səlahiyyətli orqanlar ətraflı araşdıracaq.
Biz ginekoloq olaraq həmişə erkən nikahın əleyhinə olmuşuq. Bu qızlar həm fiziki, həm psixoloji olaraq ana olmağa hazır deyillər. Onlar doğuşdan sonra belə özlərini normal ana kimi aparmırlar. Uşağı əmizdirmək istəmir, düzgün bələməyi bacarmırlar, onlara ancaq ana və ya nənə kömək edir. Bu da nəticədə uşağı ana qayğısından uzaqlaşdırır. O yaşda normal doğuş qızın çəkisindən, boyundan asılıdır. Adətən 17-18 yaşlı qızlar özləri sərbəst doğa bilmirlər, doğuş qeysəriyyə ilə nəticələnir. Hətta özlər doğanda belə, çox zaman uşaq travma alır və bu da körpənin ölümü ilə nəticələnir
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)





