Səhər oyandıqdan 5-10 dəqiqə sonra bu baş verirsə... - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Səhər oyandıqdan 5-10 dəqiqə sonra öskürürsünüzsə, və gecə boyu yığılan bəlğəm gəlirsə, sizdə bronşektazi ola bilər".
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu Prof. Dr. Tevfik Özlü bildirib.
Onun sözlərinə görə, bu xəstəlik ürək və böyrək funksiyasına da mənfi təsir göstərə bilər.
"Ona görə də bu xəstələrə tez bir zamanda diaqnoz qoyulması, izlənilməsi və müalicə olunması vacibdir", - deyə professor qeyd edib.
"Bronşektazi" iltihab və infeksiya nəticəsində ağciyərlərə hava daşıyan tənəffüs yollarının (bronxların) divarlarının genişlənərək daim qalınlaşdığı xroniki ağciyər xəstəliyidir.
"Bronşektazi" əlamətlərinin bir çox xəstəliklə qarışdırıldığına diqqət çəkən professor bu xəstəlikdən əziyyət çəkənlərə bəzən uzun illər diaqnoz qoyula bilmədiyini vurğulayıb:
"Bu xəstəliyin əlamətləri bir çox xəstəliklər, əsasən də digər ağciyər xəstəlikləri ilə qarışdırıla bilər. Ona görə də xəstələrə müxtəlif diaqnozlar qoyula bilir. Beləliklə, onlar yanlış müalicə olunurlar və vəziyyət daha da pisləşir.
Bu xəstələrə astma, KOAH və ya pnevmoniya diaqnozu qoyula bilir. Xəstələr bundan həm zərər görə bilər, həm də proses proqressivləşə bilər".
Prof. Dr. Özlü "Bronşektazi"nin əslində keçirici tənəffüs yollarında anormal, lokal, qalıcı genişlənmə olduğunu qeyd edib:
"Bu genişlənmələr tənəffüs yollarının dinamikasını pozur və orada ifrazatlar toplanır, infeksiyalar baş verir və xəstə bəzi simptomlar yaşayır. "Bronşektazi" xəstələrinin ən böyük şikayəti xroniki öskürəkdir. İllərlə bitməyən və hər gün təkrarlanan öskürəklər... Ancaq bu öskürəklərin əhəmiyyətli fərqi hər dəfə bəlğəmlə müşayiət olunmasıdır".
Həkimin sözlərinə görə, bu, xəstələri həyatdan bezdirir:
"Çünki sosial mühitlərdə - işdə, avtobusda, təyyarədə, və ya evdə başqa insanlarla birlikdə olduqda öskürək və bəlğəm çıxarma ehtiyacı yaranır. Bu, xəstəni çətin vəziyyətə sala bilər. Bəzən bəlğəmdə qan görünə bilər. Bundan başqa, nəfəs alarkən xırıltı ola bilər".
Professor "Bronşektazi" xəstəliyinin müalicəsində erkən diaqnozun əhəmiyyətini xüsusi vurğulayıb.
"Nəfəs darlığı, hərdən qızdırma, halsızlıq baş verə bilər. Bu proses davam edərsə və irəliləsə, sağ ürək gərginliyinə, ürək xəstəliyinə və ya böyrək funksiyalarına da mənfi təsir göstərə bilər. Ona görə də bu xəstələrə ən qısa zamanda diaqnoz qoyulması, izlənilməsi və müalicə olunması vacibdir. Xəstəliyin yüngül formalarda müalicəsi dərmanlar və tibbi nəzarətlə ola bilər. İnfeksiyaların qarşısının alınması, peyvəndlərin tətbiq edilməsi, xəstənin bəlğəm atmasına kömək edən bəzi köməkçi dərmanlardan və ya bəzi üsullardan istifadə etmək, bəzən isə nəfəsaçan dərmanlar bu məsələdə xəstəyə kömək edə bilər.
Xəstəliyin sonrakı məsrhələlərində isə anormal böyümələri cərrahi müdaxilə ilə aradan qaldırmaq mümkündür", - deyə professor bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
XƏBƏR LENTİ
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)





