Portağalı əvəz edən yay meyvəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yayda şirin, şirəli şaftalıya kim yox deyə bilər?
Şaftalının faydalarını öyrəndikdən sonra onu gündəlik rasionunuza daxil edəcəksiniz.
Milli.Az medicina.az-a istinadən şaftalının şəfalı xüsusiyyətlərini təqdim edir:
* Orta ölçülü bir şaftalı hər gün ehtiyacınız olan C vitamininin təxminən 11%-ni ehtiva edir. Bu qida bədəninizə yaraları sağaltmağa kömək edir və immunitet sisteminizi güclü saxlayır. O, həmçinin xərçənglə əlaqəli kimyəvi maddələr olan "sərbəst radikallardan" xilas edir.
* Beta-karoten adlı antioksidan şaftalıya gözəl qızılı-narıncı rəng verir. Onu yediyiniz zaman orqanizm bu maddəni yaxşı görmənin açarı olan A vitamininə çevirir. O, həmçinin immunitet sistemi üçün də faydalıdır.
* Şaftalı bədənin gündəlik ehtiyac duyduğu lifin 6%-9%-ni təmin edə bilər. Yüksək lifli qidalar insanı diabet, ürək xəstəliyi və kolorektal xərçəng kimi sağlamlıq problemlərindən qoruyur. Kifayət qədər lif qəbizliyin qarşısını almağa da kömək edir.
* Bir ədədi 60 kaloridən də az olan şaftalıda doymuş yağ, xolesterol və natrium yoxdur. Şaftalının 85%-dən çoxu sudur. Liflə zəngin olduğu üçün tox saxlayır. Bütün bu xüsusiyyətlərinə görə dietik meyvə hesab edilir.
* Şaftalı E vitamini ilə də zəngindir. Bu antioksidant bədəninizdəki bir çox hüceyrə üçün vacibdir. Bu vitamin immunitet sistemi üçün vacibdir, həmçinin qanın laxtalanmasının qarşısını almaq üçün qan damarlarının genişlənməsinə kömək edir.
* Kalium çox duz qəbulunun təsirlərini kompensasiya edir. Kaliumla zəngin şaftalı qan təzyiqini aşağı sala, həmçinin böyrək daşları və sümük itkisi riskini azalda bilər.
* Mədə probleminiz varsa, qəlyanaltıda şaftalı yemək yaxşı bir fikir ola bilər. Yumşaq quruluşa malik bu meyvə asanlıqla həzm olunur. Şaftalı mədə narahatlığını aradan qaldırır. İshal və qaz problemi zamanı da təsirlidir.
* Maraqlıdır ki, şaftalı şirin olsa da, dişləri sağlam saxlayır. Buna səbəb onun flüor ehtiva etməsidir. Diş məcunlarına əlavə edilən bu mineral şaftalının tərkibində təbii şəkildə mövcuddur. Buna görə də şaftalı ağız boşluğunu mikroblardan təmizləyir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
XƏBƏR LENTİ
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir





