Sağlamlıq

Eşq ilahəsinin qanından yaranmış qızılgül - Min dərdə dərmandır

21 İyun 2024 06:53
Baxış: 3 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunan əfsanəsinə görə, ilahə Yunona meşə tanrısı Adonisə aşiq olur. Ona olan sevgisinə görə, göylərdən yerə enən zərif və gözəl ilahə meşələrdə sevgilisinin arxasınca o qədər gəzir ki, ayaqlarını kol-kos cızır, yaralayır.

Yaralarından axan qan damlaları isə torpağa düşür,  sevgi uğrunda axan o qanlardan qızılgüllər yetişir. O gündən sonra qızılgül sevginin rəmzinə, simvoluna dilinə çevrilir. Lakin qızılgül təkcə ətirli, zərif gül bitkisi deyil, həm də şəfavericidir.

Milli.Az lent.az-a istinadən "Şəfalı bitkilər" rubrikasında qızılgülün şəfalı xüsusiyyətlərindən bəhs edir.

Bir fincan qızılgül qönçəsi çayının tərkibində olan vitamin C-nin miqdarı, 60 portağalın tərkibində olan miqdara bərabərdir.

Qızılgül çayının tibbə məlum olan bu faydaları var:

Bədəndən toksinləri yuyub xaric edir, sərinləşdirici effekt verir.

Ağrıyan boğaz, axan burun və tutulmuş bronxlar kimi narahatlıqları aradan qaldırır.

İnfeksiyalarla mübarizə aparır.

Bağırsaqlarda faydalı bakteriyaların miqdarını bərpa edir.  

Bədəndə suyun qalmasını aradan qaldıraraq böyrəklər vasitəsilə zərərli maddələrin yuyulmasını təmin edir.

İshal, qəbizlik və digər mədə-bağırsaq narahatlıqlarına qarşı effektivdir.

Qaraciyər problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.

Ödün yuyulmasını təmin edir. Əhval yüksəldici xassəyə malik olduğundan yuxusuzluq, depressiya və yorğunluğun aradan qaldırılmasında faydalıdır.

Qızılgüldən hazırlanan gülqəndi təbii antibiotik adlandırırlar. Əsasən soyuqdəymə və qanazlığında istifadə olunan gülqənd hazırlamaq üçün gülün ləçəkləri yuyulub təmizlənir. Suyu süzülmək üçün süzgəclərə qoyulur və ağzı örtülü şüşə qablara yığılır. Gülün arasına şəkər tozu əlavə olunduqdan sonra Günəş şüasının altına qoyulur. Gül ləçəkləri şirəni özünə çəkdikcə gül aşağı yatır. Ardınca bankalara yığılıb ağzı bağlanır.

Qızılgülün ləçəkləri ilə bərabər, ortasında olan bığcıqlar da çox müalicəvi olduğu üçün qurudulur. Azyaşlı uşaqlarda olan ağız yaralarına qızılgül bığcıqları ilə balın qarışığı yaxşı təsir göstərir.

Qızılgül çayı isə yorğunluğu aradan qaldırır. Təzyiqi aşağı olanlara qızılgül mürəbbəsi və çayı yaxşı təsir edir.

Qızılgüldən hazırlanan gülabdan əsasən yas mərasimlərində istifadə olunur. Bu bir növ sakitləşdirici məqsəd daşıyır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.