Sağlamlıq

Abituriyentlərin nəzərinə - İmtahana görə belə dərmanlar atanlar...

6 İyun 2024 10:13
Baxış: 4 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmtahanda uğur qazanmaq üçün həm abituriyentlər, həm də tələbələr yaddaş gücləndirici dərmanlara üstünlük verirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu tendensiya son vaxtlar daha da artıb.

Abituriyentlərlə yanaşı bəzi valideynlər də övladlarına belə dərmanlar alırlar.

Əczaçılar bildiriblər ki, yaddaş gücləndirici dərmanlara tələbat artıb.

Ekspertlər isə bununla bağlı xəbərdarlıq edirlər. Belə ki, yoxlamadan keçmədən bu dərmanların istifadəsi bir çox problemlərə yol aça bilər.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev isə bildirib ki, mikroelement, mineral vitamin çatışmazlığı, xroniki yorğunluq, stress xəstədə yaddaş probleminə gətirib çıxarda bilir:

"Bəzi insanlar isə diqqətini toplaya bilmədiyindən bunu yaddaş problemi kimi qələmə verirlər. Bu zaman bəzən psixotrop dərmanlar belə qəbul edilir. Bu da bəzilərində sonradan asılılıq yaradır. Yüksək dozada qəbul edildikdə isə gənclərdə daha ağır fəsadlara gətirib çıxara bilər. Belə problemi olanlar mütləq şəkildə həkimə müraciət etməlidirlər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.