Sağlamlıq

Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?

14 May 2024 08:20
Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbini açıqlayıb:

"40 yaşdan sonra orqanizmdə aktiv hormonal dəyişikliklər gedir, progesteron və estrogenlər azalır. Bu da həm fizioloji, həm psixoloji dəyişikliklər yaradır, təzyiqi artırır.

Təzyiq vaxtaşırı birdən yüksələ də bilər, artıq 130-dan yuxarı rəqəmlər görünər və ya daimi 140/90-da qala bilər.

Hormonal qasırğadan əlavə, damarların vəziyyəti də pozulur.

Artıq çəki, depressiya, şəkər, ateroskleroz bu yaşdan başlayır.

Əgər vaxtaşırı artıq təzyiq sizi narahat etməyə başladısa, bu müayinələrdən keçin:

- Kardioloq, endokrinoloq qəbulu
- Ümumi qan analizi
- Dəmir, ferritin
- Sidik analizi

- Qanda şəkər

- Xolesterin, lipid

- Damarların dopleri

- USM

- TSH, T3 T4 analizləri

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.