Sağlamlıq

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə...

10 May 2024 01:05
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Gastric Cancer" jurnalında dərc olunub.

Alimlər 470 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılardan həmçinin hazırlanmış qidalara nə qədər tez-tez duz əlavə etdiklərini və duzlu qəlyanaltılar (çips, balıq, tərəvəz turşusu) yediklərini bildirmələri xahiş olunub.

Tədqiqatçılar lazımi məlumatları topladıqdan sonra iştirakçıların monitorinqinə başlayıblar və bu monitorinq 11 il davam edib.

Nəticədə, duzlu qida sevənlərin mədə xərçənginə daha tez-tez yoluxduğu ortaya çıxıb. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, mədə xərçənginin qarşısını almaq üçün duzdan tamamilə imtina etmək lazım deyil. Sadəcə onun istehlak miqdarını azaltmaq lazımdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.