Sağlamlıq

Bananı iki həftə təzə saxlamağın ASAN YOLU

29 Mart 2024 22:45
Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banan sağlam və dadlı meyvələr arasındadır. Hətta bəzən o deserti də əvəz edə bilər. Amma təəssüf ki, bananın uzun müddət saxlanması çətindir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, meyvənin mümkün qədər uzun müddət qalmasını istəyirsinizsə, o zaman yetişməsi üçün əlavə vaxt tələb edən yaşıl meyvələr almalısınız.

Bir çox meyvə və tərəvəz ətrafdakı qidaların tez parçalanmasına səbəb olan zərərli qaz olan etilen buraxır. Banan isə bu elementə qarşı xüsusilə həssasdır, yəni digər qidalardan uzaq saxlanılmalıdır.

Quru və sərin yer seçmək daha yaxşıdır, lakin bananı soyuducuya qoymayın, əks halda qabığı tez qaralacaq. Bananın quyruq hissəsini yapışqan film və ya folqa ilə sara bilərsiniz.

Bu, etilenin bananlardan qaçmasının qarşısını almağa və yetişmə prosesini ləngitməyə kömək edəcək. Hətta tək uc hissəsini deyil, bütövlükdə də bananı folqa ilə sarıya bilərsiniz. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.