Sağlamlıq

Gülmək ürəyə faydalıdır - Sübut edildi

8 Yanvar 2024 21:40
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada aparılan araşdırmada gülməyin ürəkdəki toxumanın genişlənməsinə səbəb olduğu və beləliklə də bədəndəki oksigeni artırdığı ortaya çıxıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, gülüş terapiyasına qatılan koronar arteriya xəstəliyi olan xəstələrdə iltihabın azaldığı və sağlamlıqlarına daha yaxşı təsir etdiyi aşkar edilib.

Avropa Kardiologiya Cəmiyyətinin Amsterdamda keçirilən iclasında təqdim olunan tədqiqatın aparıcı müəllifi Prof. Marko Saffi, "Araşdırmamız göstərir ki, gülüş terapiyası ürək-damar sisteminin funksional imkanlarını artırır. Onun iltihab, infarkt və insult riskini azaltdığı sübut edilmişdir. Ürək problemi riski olan xəstələrə tətbiq oluna bilər" deyə əlavə edib.

Britaniya Ürək Fondunun professoru. Ceyms Leiper isə gülüşün təsirinin nə qədər davam etdiyini araşdırmağı təklif edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.