Sağlamlıq

Arıqlamaq diabetdən ola bilər? – Terapevt açıqladı

6 Yanvar 2024 23:21
Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çəkinin kəskin azalması da diabetin simptomu ola bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Nil Patel şəkər xəstəliyinin erkən simptomlarını açıqlayıb.

"Biz bilirik ki, piylənməsi, artıq çəkisi, metobolik pozulması olan insanlar diabetə yaxınlaşır. Amma qəflətən kəskin çəki itirilməsi də şəkərin başladığını göstərə bilər.

Eləcə də daimi yorğunluq, nevrozluq, aqressiya, yuxululuq, işl qabiliyyətinin düşməsi də simptomlardır.

Şəkərli orqanizmdə qan çox zəif dövr edir, beyinə ürəyə qanı, qidalı maddələri çətin daşıyır.
Diabetiklərin ağzından da spesifik qoxu gəlir.

Elə bilməyin ki, bu qlükoza, şəkər qoxusudur, əksinə, lax yumurta iyi gəlir.

Qanda şəkər çoxalanda günün müəyyən saatları bədəndə susuzlaşma artır və insan susuzluq hiss edib, tez sərinlmək istəyir.

Aclıq və susuzluq hissi - diabetin əsas 2 siqnalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.