Sağlamlıq

Ürəyə faydalı, ömrü uzadan içki hansıdır? – Həkim açıqladı

1 Oktyabr 2023 03:03
Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürək xəstəlikləri hər il milyonlarla insanı ölümə sürükləyir. Ürək xəstəliklərinin müalicəsi var, amma insan digər vasitələri sınamalıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, terapevt Eleonora Arsenyeva stresi götürən,ürək-damar xəstəlikləri riskini azaldan uzunömürlülük içkisini açıqlayır.

"Ömrü uzatmaq üçün qara çay içərdim. Çünki çayda polifenollar həddən artıq çoxdur. Bu bitki beyin və ürək sağlamlığına lazım olan hər şeyə malikdir.
Yarım milyon üzərində təcrübə göstərdi ki, gündə 2 fincan çay içənlərdə erkən ölüm riski 2 dəfə az olub.

Hətta çaya şəkər və ya süd qatdıqda da müsbət təsirini saxlayır.
Çay iltihabı və trombositlərin aktivliyini azalda bilər.

Trombositlərin çoxluğu və aktivliyi tromb əmələ gəlməsinə səbəb olur.
Stress və beyin yorğunluğunda da dərhal çay için.

Sübut olunub ki, çobanyastığı çayı Alsheymerə qarşı təsirlidir. O, antioksidant təsiir ilə yaddaşı yaxşılaşdırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.