Sağlamlıq

Dünyada ikinci dəfə donuz ürəyi insana köçürülüb

25 Sentyabr 2023 10:12
Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Merilend Universitetinin alimləri ürək çatışmazlığı səbəbindən həyatı təhlükədə olan xəstəyə donuz ürəyinin transplantasiyası əməliyyatını həyata keçiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, dünyada ikinci analoji hal olub.

Ürək çatışmazlığından əziyyət çəkən 58 yaşlı ABŞ Hərbi Dəniz Qüvvələri veteranı Lourens Fosett əsas tibbi şərtlərə görə insan ürəyinin transplantasiyası üçün uyğun olmayıb. O, dünyada donuz ürəyi alan ikinci xəstə kimi tarixə düşüb. Əməliyyatdan iki gün sonra kişi zarafat etməyə və stulda oturmağa başlayıb. Növbəti bir neçə həftə kritik olsa da, həkimlər xəstənin xarici orqana qarşı yaxşı immun reaksiyasını nəzərə alaraq nikbindirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.