Sağlamlıq

Qriplə koronavirusa eyni vaxtda yoluxmağa kimlərin həssas olduğu açıqlandı

12 Sentyabr 2023 08:00
Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəzi hallarda insanlar koronavirus infeksiyasına qriplə paralel olaraq yoluxa bilərlər. Əsasən hipertoniyadan əziyyət çəkənlər bu vəziyyətə görə daha həssas təbəqədirlər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı infeksionist Yelena Meskina məlumat verib.

Həkim vurğulayıb ki, bir neçə infeksiyaya paralel yoluxmadan çəkinmək lazımdır.

"Koronavirus damar sisteminə təsir edir, bunun üzərinə bir də qrip əlavə olunarsa, hər şeyin nə qədər pisləşəcəyini təsəvvür edin. Bir hüceyrədə bir neçə növ təhlükəli virusun birləşməsi fenomeni koinfeksiya adlanır. Belə bir vəziyyət koronavirusun gedişatını son dərəcə çətinləşdirir", - deyə o əlavə edib.

Mütəxəssis belə halla qarşılaşmamaq üçün tibbi müayinədən keçməyi, həmçinin qripə və koronavirusa qarşı peyvənd etməyi məsləhət görüb.

"Bu xəstəliyin ağır inkişaf ehtimalını aradan qaldıracaq", - deyə Y.Meskina sözlərini yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.