Sağlamlıq

ÜST rəhbəri: “Ölüm hallarının artması COVID-19-un bitməyəcəyini göstərir”

6 Sentyabr 2023 23:22
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaxın Şərq, Asiya və Avropada COVID-19 səbəbindən ölüm və xəstəxanaya yerləşdirilmələrin sayının artması virusun bitməyəcəyini göstərir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə deyib.

O bildirib ki, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində COVID-19 səbəbiylə ölüm halları, Avropada isə bu virusla əlaqədar reanimasiya şöbələrinə yerləşdirmələr artır. "Bu kimi hallar göstərir ki, COVID-19 bizimlə olacaq və hələ də onunla mübarizə aparmaq üçün alətlərə ehtiyacımız olacaq", - ÜST rəhbəri söyləyib.

Onun sözlərinə görə, dünya ölkələrinin 25 %-dən az hissəsi ölüm və xəstəxanaya yerləşdirilmə halları ilə bağlı məlumat verməyə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.