Sağlamlıq

Bu qidalar qaraciyəri bərpa edir

21 İyul 2023 02:02
Baxış: 1 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloq Anastasiya Qoloborodko qaraciyər funksiyasını bərpa etməyə və yaxşılaşdırmağa kömək edəcək qidaları açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, dietoloqun fikrincə, rifahımız və görünüşümüz qaraciyərin sağlamlığından asılıdır.

Onun sözlərinə görə, qaraciyər insan orqanizminin əsas filtridir, bütün lazımsız elementləri, toksinləri və digər zərərli maddələri çıxarmağa kömək edir:

"Qaraciyər funksiyası pozulursa, bütün bədən əziyyət çəkir. Gündə üç dəfə yaxşı qidalanma qaraciyərin sağlamlığı üçün çox vacibdir. Xüsusilə turş dadı olan qidalar istehlak edin.

Acı dadlı otlar və ədviyyatlar, zəncəfil, zirə, şüyüd, nanə, turp, yaşıl soğan, cəfəri, şüyüd qaraciyər hüceyrələrini bərpa etməyə kömək edir. Bundan əlavə, çuğundurun tərkibində betain var, o da qan damarlarını təmizləyir, qaraciyər hüceyrələrini bərpa etməyə və zülalın udulmasına kömək edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.