Sağlamlıq

Yuxu maskaları göz infeksiyaları yaradır - Xəbərdarlıq

24 İyun 2023 06:04
Baxış: 1 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göz maskaları işığın qarşısını almaq və yatmağı asanlaşdırmaq üçün effektiv və dəbdə olan vasitədir.

Amma bu maskalar bakteriya, kir, makiyaj, təbii yağlar və tər toplayır. Mütəmadi olaraq yuyulmasa və ya dəyişdirilməsə, göz infeksiyalarına səbəb ola bilər.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, yuxudan oyandığınız zaman göz qapaqlarınızda ağrı, qızartı, yapışqan kimi axıntı, qabıqlanma hiss edirsinizsə, maskadan istifadə etməyi dayandırmalı və oftalmoloqunuzdan məsləhət almalısınız.

"İnfeksiyanın qarşısını almaq üçün göz maskalarınızı mütəmadi olaraq. yumşaq yuyucu vasitə ilə yumaq vacibdir.

Göz maskaları müxtəlif materiallardan (atlaz, məxmər, yun, ipək, pambıq və s.) hazırlandığından dəridə qıcıqlanma, sızanaqlar, dəri quruması və ya hazırlandığı parçaya qarşı allergik reaksiyalar da yarana bilər.

Göz maskası alarkən onun dərinizə uyğun materialdan olmasına diqqət etməlisiniz.

Göz maskalarının digər mənfi cəhəti odur ki, onlar çox sıx geyinilərsə, gözlərinizə çox təzyiq göstərə bilərlər. Bu o deməkdir ki, səhər oyandığınız zaman bulanıq görmə ilə qarşılaşa bilərsiniz ".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.