Sağlamlıq

Ev heyvanları ilə yatmaq keyfiyyətsiz YUXU YARADIR

5 May 2023 21:21
Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tüklü dostlarınızla yatmağı sevə bilərsiniz, lakin yeni bir araşdırmaya görə, ev heyvanı ilə yatmaq yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni bir araşdırma it və ya pişiklə yatmağın insanların daha narahat bir gecə keçirməsinə səbəb olduğunu ortaya qoyub.

ABŞ-ın Linkoln Memorial Universitetindən Dr. Lauren Wisnieski və komandası it sahiblərinin yuxu pozğunluğu ilə qarşılaşma ehtimalının daha yüksək olduğunu irəli sürüb. Human-Animal Interactions jurnalında dərc edilən yeni araşdırma, pişik sahiblərinin də narahat ayaq sindromu və yuxuya getmədə çətinlik çəkə biləcəyini bildirib.

Səhər yorğun oyanan və gecə tez-tez yuxusu kəsilən insanlara heyvanların yataq otağına girişi məhdudlaşdırmaq tövsiyə olunur. Sosial dəstək verən ev heyvanlarının yuxu keyfiyyətini artıra biləcəyini ifadə edən mütəxəssis tüklü dostlarımızın narahatlıq, stress və depressiya səviyyələrini azalda biləcəyini də ifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.