Sağlamlıq

Ramazan bayramından sonra necə qidalanmalıyıq?

27 Aprel 2023 23:56
Baxış: 1 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər Ramazan bayramında sağlam və balanslı qidalanmanın vacib olduğunu bildirilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Ramazandan sonrakı ilk gün səhər yeməyi daha yüngül olmalıdır. Çünki orqanizm az qidalanmağa uyğunlaşıb. Səhər yeməyində yağda qızardılmış məhsulları istehlak edilməməlidir. Qaynadılmış yumurta, süd məhsulları, zeytun, pendir və mövsümi tərəvəzlərə üstünlük verilməlidir. Nahar və şam yeməyində tərəvəz, qatıq, salat, meyvə, bir neçə küftə və ət məhsulları istehlak edilə bilər. Ramazan dövründə olduğu kimi bayramdan sonra da maye istehlakına da diqqət yetirməliyik.

Kolbasa, sosiska kimi yağlı və işlənmiş qidalardan, xəmir yeməklərindən uzaq durmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory