Sağlamlıq

Kosmetoloq: "Botoks onlar üçün zərərlidir"

25 Aprel 2023 21:23
Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yüksək tələbata baxmayaraq, botoks ineksiyaları hər kəs üçün uyğun deyil. Odur ki, bu xidmətdən istifadə etməzdən əvvəl bütün əks göstərişləri nəzərə almalısınız.

Milli.Az xəbər verir ki, bu sözləri Sankt-Peterburq telekanalının efirində kosmetoloq Yelena Kalimullina deyib.

"Əks göstərişlər, bir qayda olaraq, ümumidir - bunlar dekompensasiya mərhələsində olan xroniki xəstəliklər, kəskin xəstəliklər, hamiləlik, laktasiya, onkoloji xəstəliklər və fərdi dözümsüzlükdür. Botoks bu xəstələr üçün zərərlidir" , - həkim qeyd edib.

Mütəxəssis qeyd edib ki, iynələr ən çox qaş arası, alın və göz ətrafı nahiyəsinə edilir, lakin təbii ki, həkim dərinin vəziyyətinə və xəstənin mimikasının aktivliyinə əsasən dərmanın dozasına qərar verir.  (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.