Sağlamlıq

Depressiya və immunitet sistem arasında əlaqə aşkarlandı

21 Aprel 2023 19:43
Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər depressiyanın immunitet sistemlə əlaqəli olduğunu açıqlayıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, psixi pozğunluğun inkişafı qanda bir neçə növ immun hüceyrələrin sayının dəyişməsi ilə müşayiət olunur. 

Əvvəlki tədqiqatlarda bu proses öz təsdiqini tapmışdı. Ancaq indi ilk dəfə olaraq geniş miqyaslı araşdırma aparılıb. 

Sınaq zamanı B hüceyrələri və T hüceyrələri kimi səkkiz fərqli immun hüceyrələrinin sayının sağlam şəxslərdəki sayı ilə müqayisədə depressiv pozğunluğu olan insanlarda artdığı müəyyən edilib.  

Bu da immun sistemimizin müxtəlif komponentlərində - həm anadangəlmə, həm də adaptiv immun reaksiyalarındakı baş vermiş dəyişikliklər depressiyaya səbəb ola bilər.

Buna görə həkimlər depressiyada olan insanların immun sistemlərini gücləndirən vitaminlərdən, qidalardan istifadə etməyi məsləhət görür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.