Sağlamlıq

Optimizm ömrü nə qədər uzadır?

5 Aprel 2023 22:10
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da aparılan bir araşdırma, ən optimist insanların 90 yaşından sonra yaşama ehtimalının ən az nikbin olan insanlara müqayisidə 10 faiz daha çox olduğunu ortaya qoydu.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Harvard və Boston Universitetlərindən bir qrup alim tərəfindən aparılan və 159255 qadının daxil edildiyi araşdırmanın nəticələri "Journal of the American Geriatrics Society"-də dərc olunub.

Alimlər müayinələr nəticəsində nikbinliyin insan ömrünü 5,4% faiz, yəni orta hesabla 4,4 il artırdığı qənaətinə gəliblər.

İdmanın sağlamlıq üçün vacib olduğu mövzusunda əksəriyyətin həmfikir olduğunu və müntəzəm idmanın insan ömrünü 0,4-4,2 il uzatdığını xatırladan elm adamları nikbinliyin də idman qədər faydalı olduğunu və ömrü artırdığını vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.