Bayramda necə qidalanmalıyıq? – MÜTƏXƏSSİS AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bayramlarda, toy və ad günü məclislərində gündəlik qida normasından artıq qəbul olunan qida orqanizmdə bir çox sağlamlıq problemlərinə yol açır".
Milli.Az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, bu problem özünü öncə həzm sistemində göstərsə də, daha sonra artıq daxili orqanların funksiyasının pozulması ilə büruzə verir:
"Mütləq şəkildə toy, bayram və digər özəl günlərdə qidalanma vərdişi pozulmamalıdır. Belə olduqda orqanizm də heç bir sağlamlıq problemləri ilə də üzləşməz. Ancaq həddindən artıq yemək yedikdə qida həzm olunmur, mədə daha çox fəaliyyət göstərir və yorulur. Nəticə etibarilə həzmsizlik, şişkinlik mədədə yanma və ya ağrı kimi şikayətlər olur. Həmçinin insanlarda normal olaraq doyma duyğusunda pozğunluq olur. Bəzi insanlar yeməyi çox çeynəmədən, böyük parçalar udur. Bununla da həmin qidaların tərkibindəki faydalı elementlərdən orqanizm yararlana bilmir. Bu davamlı olduqda artıq xroniki bir hala çevrilir. Bu da yavaş-yavaş həzm problemlərinə, piylənməyə, şəkərli diabetə gətirib çıxardır. Buna görə də qarşıdan gələn bayram günlərində də lazımi miqdarda qida qəbul etmək lazımdır".
Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bayramda istehlak ediləcək qədər salat hazırlanmalıdır:
"Həmin salatlar bəzən günlərlə qalır və istehlak edilir. Bu insan orqanizmi üçün çox təhlükəlidir. Hazırlanan salat 5-6 saat ərzində istehlak edilməlidir. Bundan başqa əsas yemək üçün bir çeşid hazırlanmalıdır. Çünki bir-iki növ yemək bişirdikdə yeyilmir. Köhnə bişirilmiş yemək dəfələrlə isidilib istehlak edildikdə baş ağrısı, ürək bulanma kimi şikayətlər olur.
Novruz bayramını şəkərbura və paxlava kimi şirniyyatlarsız təsəvvür etmək olmaz. Adətən şirniyyatların günün birinci yarısında qəbul olunması məsləhətlidir. Çünki bu bizim orqanizmimizə gün ərzində enerji vermiş olur. Xüsusilə Novruz şirniyyatlarından - qoğal, paxlava, şəkərburanın eyni anda qəbul edilməsi də düzgün deyil. Bunlar isə əsas yeməklərin arasında qəbul oluna bilər. Gün ərzində 1-2 ədəddən artığı məsləhətli deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib
-
Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir
-
"Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
Brüs Uillisin son halı - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Qəhvəni bu saatda için
-
Quzu əti bahalaşdı - (Video)
-
Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"
-
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib - (Foto)
-
Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Messi İspaniyada klub aldı
-
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır





