Sağlamlıq

Erkən hamiləliyin ana sağlamlığı üçün RİSKLƏRİ AÇIQLANDI

2 Mart 2023 08:39
Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erkən hamiləlik insult riskini yüzdə 25 artırır. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə araşdırma "Journal of the American Heart Association" (AHA)  jurnalında dərc olunub.

Araşdırma zamanı ABŞ və Böyük Britaniyadan olan 100 mindən çox qadının xəstəlik tarixçəsi və genetik məlumatı öyrənilib. DNT-nin strukturu, uşaqların sayı, ilk uşağın doğulduğu yaş və sair kimi kriteriyalar nəzərə alınıb. Sonra bu parametrlər təcrübədə iştirak edənlərin ürək-damar xəstəliklərinin inkişafı ilə bağlı statistik məlumatlar ilə əlaqələndirilib. 

Təcrübə reproduktiv amillərin ürək xəstəliyi riskinin artması ilə əlaqəli olduğunu müəyyən edib. Beləliklə, yetkinlik dövründən dərhal sonra hamiləlik anada gələcək insult və ürək çatışmazlığı ehtimalını 25 faiz, eləcə də koroner ürək xəstəliyini 49 faiz artırdığı ortaya çıxıb. 

Mütəxəssislər vurğulayırlar ki, həkimlər doğum edən qadınlarda ürək-damar xəstəliklərinin qarşısının alınmasını planlaşdırarkən bu nəticələri nəzərə almalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.