Sağlamlıq

Qışdan sonra orqanizmi dirçəltmək üçün ucuz vasitə

10 Aprel 2022 01:22
0 Şərh     Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər insanların tərəvəz və meyvələrə nisbətən giləmeyvələri unutduğunu bildirir. Qışdan çıxmış orqanizmi dirçəltmək üçün ən faydalı giləmeyvə isə itburnudur.

Milli.Az bakupost-a istinadla xəbər verir ki, həkim qasteoenteroloq Nuriya Danova itburnunun hər gün qəbul edilməsinin səbəbini açıqlayıb.

"Qışdan çıxmış bədən şlaklarla dolur, immunitet zəifləyir, vitamin ehtiyatı tükənir. Bu zaman C vitamini ilə zəngin antioksidant təsirli itburnu dəmləməsi köməyə çata bilər.

İtburnunu bazardan, aptekdən almaq asanddır. Amma insanlar onu nadir halda xatırlayır.
Bir qutu itburnu ürək və qan damarlarının divarını möhkəmlədəcək.
İtburnu ödün ifrazını da aktivləşdirir, öd yollarını təmizləyir.

"Rusiyada bütün xəstəxana, klinikalarda xəstələrə gündüz itburnu çayı verilir. Çünki o yumşaq ödqovucudur, eləcə də xəstəyə güc vermək üçün bomba təsirli C vitamini mənbəyidir.

Hətta ondan kompot hazırlansa belə bu təsirini itirmir. İtburnunu içmək üçün xəstəxanaya düşəcəyinizi gözləməyin. Onu gündəlik rasiona istənilən formada daxil edin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.