Sağlamlıq

Rusiyalı virusoloq “omikron”un yeni ştamının daha təhlükəli olduğunu bildirib

20 Mart 2022 19:29
0 Şərh     Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı virusoloq "omikron"un yeni ştamının daha yoluxucu və təhlükəli olduğunu bildirib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın Qamaley adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin elmi işçisi Anatoli Altşteyn Çində yayılmağa başlayan "omikron" ştamının yeni BA.2 növünün çoxlu mutasiyalar səbəbindən daha yoluxucu və təhlükəli olduğunu bildirib.

O, yeni ştamın yüksək yoluxuculuğunun koronavirus pandemiyasının güclənməsinə səbəb ola biləcəyini qeyd edib. BA.2 artıq Böyük Britaniya, Fransa, Belçika, İtaliya, İsveç və Niderlandda da aşkar olunub.

Alimlərin fikrincə, BA.2 indiyədək 28 mutasiyaya uğrayıb, "omikron"un ilkin variantından 30 faiz yoluxucudur, eləcə də immunitetdən və monoklonal anticisimlərdən yan keçə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.