Sağlamlıq

Bu bitki xərçəngə qarşı təsirlidir

28 Fevral 2022 22:26
0 Şərh     Baxış: 1 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin həkimləri müəyyən ediblər ki, ənənəvi Çin təbabəti məhsulu olan Jenşen bədxassəli şişlərin bəzi növlərinin şüalanmaya qarşı müqavimətini əhəmiyyətli dərəcədə zəiflədir və sağ qalan xərçəng hüceyrələrinin aqressivliyini azaldır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Journal of Pharmaceutical Analysis" tərəfindən dərc edilib.

Bildirilib ki, jenşen hüceyrələrin bölünməsində, şişin daxilində yeni qan damarlarının əmələ gəlməsində və xərçəng hüceyrələrinin miqrasiyasında mühüm rol oynayan TNC zülalının işini maneə törədir. Jenşenin aşağı qiyməti ondan xərçəngin radioterapiyası üçün ucuz dərmanların hazırlanmasında istifadə etməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.