Sağlamlıq

"Yoluxmayan uşaq qalmayıb"

16 Fevral 2022 23:25
0 Şərh     Baxış: 1 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

5-12 yaş arasında uşaqlar arasında kovid keçirməyən tapmaq çətin məsələdir. 99% uşaqlar artıq virusla rastlaşıb.

Milli.Az xəbər verir ki, Moskvanın Qamalei mərkəzinin direktoru Aleksandr Qinzburq uşaqlara görə kovid peyvəndinin protokolunda dəyişiklik etməyin vacibliyini bildirib.

"Problem var. Biz uşaqlar üçün peyvənd sınaqlarına başlayanda bu yaş qrupunda antiteli olan uşaq az idi.

Amma indi yoluxmayan uşaq qalmayıb. İndi antiteli olan uşaqlar populyasiyadadır.

Kovidlə rastlaşmayan uşaq orqanizmi tapmaq mümkün deyil. Moskvada biz belə uşaq tapmadıq. Ona görə klinik tədqiqat protokollarında dəyişiklik etməliyik. Bizə icazə verilməlidir ki, sınaqlarda antitellərin aşağı sərhəddi 0, yuxarısı 100 beynəlxalq vahid götürülsün. Bu da aşağı göstəricidir, amma yenə də işimizə yarayar".

Onun sözlərinə görə uşaqlar üçün Sputnik vaksini üçün maliyyə daxil olub, 20 günə işlər başlamalıdır. Əminik ki, bu yaz 6-11 yaş qrupu üzrə vaksin hazır olacaq. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.