Sağlamlıq

Parasetamol təzyiqi yüksəldir - Bu xəstələr ehtiyatlı olsun

14 Fevral 2022 21:45
0 Şərh     Baxış: 2 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hipertoniya xəstələri parasetamol dərmanını ehtiyatla içməlidir.

Kovid zamanı yaşlı xəstə insanların bəzən 4-5 gün ardıcıl gündə 2 dəfə bu dərmanı qəbul etməsi onlarda başqa fəsadlar yarada bilər.

Milli.Az xəbər verir ki, Amerika Kardioloji Assosiasiyası parasetamolun tərkib maddəsi olan asetaminofenin həqiqətən də ürək-damar xəstələrində təzyiqi bir qədər qaldırdığını açıqlayıb.

110 nəfər üzərində klinik tədqiqatlar da göstərib ki, müntəzəm olaraq 1 həftə parasetamol qəbulu

Sistolik qan təzyiqini 5 mm civə sütunu qaldırır.

Bu da öz növbəsində həmin insanlarda ürək-damar xəstəlikləri riskini artırır. Yəni təzyiq yüksələrsə, insan infarkt və insulta yaxın olur.

Ona görə də kardioloqlar parasetamolun təhlükəsizliyini şübhə altına alır və həkimlərə xəstələri xəbərdar etməyi tövsiyə edir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.