“Omicron”a ən yaxşı təsir edən peyvənd hansıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Omicronun insan orqanizmi üçün əsas təhlükəsi digər koronavirus variantlarında olduğu kimi ağciyər toxumasını zədələməsidir. Bununla da öncə tənəffüs, sonra digər orqan çatışmazlıqlarını törətməsi ilə bağlıdır".
Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında infeksionist Nicat Əzimli deyib.
O, bildirib ki, bu ağır xəstəlik hallarına aid olan gedişatdır. Artıq bir çox araşdırma nəticələri ilə bağlı qeyd olunur ki, belə ağırlaşmalar omicronda baş versə də, öncəki variantlarla müqayisədə daha az rast gəlinir:
"Omicron daha çox yuxarı tənəffüs yollarının epitel hüceyrələrinə trompluq göstərdiyinə görə həyati təhlükəsi nisbətən daha azdır. Lakin, yenə də qeyd edirəm, bu öncəki variantlara nisbətən belədir. Hər bir halda bu varianta yoluxmamaq üçün də peyvəndləmə, maskadan istifadə və sair digər tədbirlər önəmli olaraq qalır".
İnfeksionistin sözlərinə görə, omicronun ölkə üçün əsas riski isə digər ölkələrdən gördüyümüz kimi sürətli yoluxma xüsusiyyətidir. Belə olduğu halda isə səhiyyə sistemi və bütün digər sektorlarda ciddi problemlər yaranır.
"Son olaraq nəzərə alsaq ki, 2 doza peyvənd omicrondan qorumur, bu o deməkdir ki, Azərbaycanda 2 doza peyvənd almış şəxslər omicrona qarşı tədbir olaraq buster dozanı da mütləq vurdurmalıdırlar. Xüsusilə Pfizer-Biontech vaksini omicrona qarşı effektinə görə daha uğurludur".
Nicat Əzimli yeni ştamın Azərbaycanda aşkar olunması ilə bağlı bu sözləri deyib:
"Son vaxtlarda yoluxma dinamikasında biz artım görürdük. Bununla yeni ştam barədə şübhələr də artıq var idi. Bu günün təsdiqlənməsi ilə aydın oldu ki, Azərbaycandakı yoluxma saylarındakı artımın bir neçə səbəbi ola bilər. Bunlardan biri də elə "Omicron" variantının olması artıq realdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
XƏBƏR LENTİ
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)





