Sağlamlıq

Soyuq qış günlərində bu vitaminlər qəbul edilməlidir - MƏSLƏHƏT

26 Dekabr 2021 22:55
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xüsusilə qış aylarında hər gün gündüz vaxtı gəzintiyə çıxma laımdır. Çünki bu cür gəzintilər yuxu hormonu melatoninin istehsalını təşviq edir".

Milli.Az xəbər verir ki, bunu diyetoloq Alena Stepanova müsahibəsində bildirib

Onun fikrincə, havanın soyuq və çiskinli olmasına baxmayaraq, çölə çıxmaq lazımdır.

Həkim qışda insan orqanizmi üçün lazım olan vitaminlərin də adını çəkib. Onların arasına ən yaxşı profilaktik miqdarda qəbul edilən C və D vitaminlərini də daxil edib.

"Özünü müalicə etməməlisən, çünki əks göstərişlər var. Hər bir vitaminin öz formaları, dozaları mövcuddur", - deyə mütəxəssis xəbərdarlıq edib.

Həkim qışın soyuğunda pəhrizin müxtəlifliyinə nəzarət etməyi də tövsiyə edib. Onun fikrincə, tortlar və xəmir xörəkləri həddindən artıq çox qəbul edilməməlidir.

Bundan əvvəl diyetoloq Anna Belousova depressiya ilə mübarizə aparan məhsulların adını açıqlayıb. Onlara xurma, yerkökü və balqabaq kimi narıncı meyvə və tərəvəzləri aid edib. Bu qidaları payız və qışda yemək qısa gündüz saatlarında əhval-ruhiyyəni yaxşılaşdırır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.