Sağlamlıq

Ofis şəraitində işləyənlərin qidalanması

26 Dekabr 2021 20:40
0 Şərh     Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ofis şəraitində işləyənlərdə çox vaxt fiziki aktivlik azalır, qida balansı pozulur. Nəticədə hərəkətsiz həyat tərzi və qeyri-sağlam qidalanma bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Ona görə də həmin şəxslər qida rasionuna diqqət yetirməlidirlər.

Qida mütəxəssisləri yağlı və karbohidratlı qidalardan uzaq olmağı məsləhət görürlər. Gündəlik qida rasionunda meyvə və tərəvəzlərə üstünlük verilməlidir, çünki orqanizmdə daha uzun müddət toxluq hissi yaradır və daha az kalorilidir. Karbohidrat istehlakından çəkinmək lazımdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Sevinc Həsənzadə deyib: "Ofis şəraitində işləyənlər oturaq həyat tərzi keçirdiklərinə görə qida saatlarını unudur, axşama doğru ac qalır və evə gedəndə normadan artıq yeyirlər. Bu isə metabolizmə səbəb olur və təbii ki, sağlam qidalanmadıqda, fiziki aktivlik olmadıqda bir çox xəstəliklər üzə çıxır".

Qida mütəxəssisləri oturaq həyat tərzi keçirənlərə gün ərzində 2-4 porsiya meyvə, 3-5 porsiya tərəvəz yemək tövsiyə edirlər. Orqanizmin ehtiyac duyduğu proteini isə toyuq, balıq məhsulları və yağsız mal ətindən əldə etmək mümkündür.

Oturaq həyat tərzi keçirənlərin karbohidrat və şəkər qəbulunu azaltmağı tövsiyə olunur. Qida rasionuna həzmi yaxşılaşdıran süd məhsullarının da əlavə olunması məsləhət görülür. Belə ki, qidada süd və ya qatıq 230-250 qram, pendir isə 50-60 qram təşkil etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.