Sağlamlıq

Omikron yeni SARS CoV-3 virusudur, uşaq pandemiyasına səbəb olacaq - Rusiyalı həkim

13 Dekabr 2021 23:50
0 Şərh     Baxış: 1 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Omikron koronavirusun ən gözlənilməz təkamülüdür. Hələ də alimlər heyrət içindədir ki, necə oldu ki, heç bir ciddi ştamm olmayan Cənubi Afrikada virus belə bir mutasiyaya uğradı? Bu təkamülün ən üst səviyyəsidir".

Milli.Az xəbər verir ki, bunu rusiyalı infeksionist həkim Yevgeniy Timakov NTV kanalında bildirib.

"Bu gün əlimizdə Omikrona qarşı təsirli vaksin yoxdur. Pfizer Omikrona qarşı heç bir təsir göstərmir, başqa vaksinlər lazımdır. Bir az vektor vaksinlər buna təsir edə bilər. Ümid var ki, Sputnik bu ştamma qarşı işləyəcək. Pfizer gərək 3-4 doza vurdurasan ki, plazmada işləsin.

Hesab edirəm ki, uşaqların 50%-də artıq kovidə qarşı immunitet var. Bəli, onlar az az yoluxub, ölüm demək olar yoxdur. Amma bu ştamm əvvəlkilər kimi deyil. Böyükləri peyvəndlədik, uşaqlar qaldı müdafiəsiz. Ona görə Omikron uşaq pandemiyasıdır deyirəm.

Nə etməliyk ki, uşaqları qoruyaq. Biz hələ ilin sonuna kimi Omikronun özünü necə aparacağını aydınlaşdıra bilməyəcəyik. Ona görə uşaqları tamamilə ciddi karantinə almaq lazımdır ki, onların arasında bu virus yayılmasın. Çünki biz Omikrona yoluxmuş usağı müalicə etmək üçün heç bir terapiyaya malik deyilik. Biz təcili olaraq, uşaqları peyvəndləməliyik.

Mən hesab edirəm ki, Omikron SARSCov 2 deyil, o SARS Cov 3-dür. O, güclü təkamüldür, o hətta deyərdim ki, Covid 2019 yox, covid 2021-dir. Vəziyyət heç də yaxşı şeylər vəd etmir". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.