Sağlamlıq

Yoluxmalar artacaq: quru öskürək, qızdırma və... - Həkimdən xəbərdarlıq

5 Dekabr 2021 17:22
0 Şərh     Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrika Respublikasından olan həkim Unben Pillay koronavirusun "omikron" ştamı ilə yoluxma zamanı yaranan əsas simptomları sadalayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ekspert vurğulayıb ki, hazırda yoluxanlarda xəstəlik əsasən yüngül formada gedir, lakin uzunmüddətli nəticələr çıxarmaq üçün hələ tezdir. "Qrip əlamətləri, quru öskürək, qızdırma, gecə tərləmələri və bədən ağrıları olan xəstələri gördük. Bu simptomlar COVID-19-un digər dalğalarındakı xəstəliyin əlamətlərinə bənzəyir".

Qeyd edək ki, bundan əvvəl Keyptaun Xəstəxanasının Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri Mark Mendelso koronavirusun "omikron" ştamı ilə mübarizə aparmağın yolunu açıqlamışdı. Onun sözlərinə görə, peyvənd xəstəlikdən effektiv şəkildə qoruyacaq. Mütəxəssis istisna etməyib ki, ştam immun sistemindən yayına bilər və bu, təkrar yoluxmaların sayını artıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.