Gürcüstan

Qonşu ölkədə 3 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

3 Fevral 2020 21:33
1 Şərh     Baxış: 4 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gürcüstanda üç pasiyent koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb".

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze öz növbəsində bildirib ki, ölkədə koronavirusla bağlı mübarizə üçün tələb olunan bütün resurslar var.

Nazirin sözlərinə görə, üç pasiyentlə bağlı analiz nümunələri Almaniyaya göndərilib və sabah yekun nəticələr məlum olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.